Gölün ortasında konsert verdilər - FOTO

22:40 25-07-2020 457

Fransanın Rikbur şəhərində Evelin Zu adlı müğənni və Sesil Vuter adlı pianoçu gölün ortasında “Melting Flotte” adlı konsertlə çıxış ediblər.

“HaberGlobal” məlumat verir ki, onlar Rikbur qalası yanında performans göstəriblər.

Musiqiçilərin çıxışlarında fransızca mahnılarla yanaşı, feminist musiqilərə də yer verilib.

Təşkilatçılar bilet satmayıblar, əvəzində ianə üçün 10 avro təyin ediblər.