Gözətçinin iti insan başı gətirdi, 50 yaşlı kişinin meyiti tapıldı

07:00 26-07-2020 394

Rusiyanın Saratov şəhərində dəhşətli hadisə baş verib.

Qonşu ölkənin İstintaq Komitəsinin bölgə idarəsinin mətbuat xidmətinin məlumatına görə, iyulun 25-də səhər saatlarında Saratovdakı müəssisələrdən birinin gözətçisi ərazini yoxlayarkən, itlərdən birinin ağzında insan başına oxşayan əşyaya diqqət yetirib.

O, dərhal polisə müraciət edib. Hadisə yerini və ətraf ərazini yoxlayan asayiş keşikçiləri yaxınlıqda 50 yaşlı Volqoqrad sakininin meyitini tapıblar. Kişinin azı iki ay bundan əvvəl öldüyü bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.