Məşhur aktrisa 104 yaşında vəfat etdi - FOTO

21:20 26-07-2020 455

104 yaşlı aktrisa Oliviya de Hevillend vəfat edib.

RİA-nın məlumatına görə o, Parisdə yerləşən evində həyatla vidalaşıb. 

Aktrisa 1939-cu ildə lentə alınmış “Küləklə sovrulanlar” filmindəki rolu ilə məşhurlaşıb.

1916-cı ildə Tokioda anadan olmuş Oliviya 18 yaşında peşəkar karyerasına başlayıb. Aktrisa iki dəfə “Oskar”, iki dəfə isə “Qızıl qlobus” mükafatına layiq görülüb.