Şimali Koreyada koronavirusa görə karantin elan olundu

03:20 27-07-2020 344

KXDR lideri Kim Çen In Keson şəhərində karantin elan edib. Bildirilir ki, burada bir sakində koronavirusa yoluxma şübhəsi aşkarlanıb.

Şimali Koreyanın Mərkəzi televiziyası xəbər verir ki, virusa yoluxmuş şəxs daha öncə Cənubi Koreyaya qaçıb və sonradan qanunsuz olaraq KXDR-ə qayıdıb.

Ondan analizlər götürülüb.

Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin qərarı ilə şəhərdə karantin tətbiq edilib, mümkün virus daşıyıcısı ilə əlaqədə ola biləcək bütün şəxslər müəyyənləşdirilir.

Qeyd edək ki, Şimali Koreyada indiyə kimi rəsmi olaraq koronavirusa yoluxma qeydə alınmayıb.