Qazdığı quyuda torpaq altında qalıb öldü

04:40 27-07-2020 329

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində quyudan fəhlənin meyiti çıxarılıb.

REN TV xəbər verir ki, ilkin məlumatlara görə, meyitin üzərində zorakı ölüm əlamətləri aşkarlanmayıb.

Asayiş keşikçiləri müəyyən ediblər ki, həyatını itirmiş şəxs quyu qazırmış.

Dərinlik yeddi metrə çatdıqda quyunun divarlarında torpaq uçqunu baş verib və fəhlə boğularaq ölüb.