Yorğunluqdan şikayətlənən doqquz yaşlı məktəbli yuxuda ikən koronavirusdan öldü - VİDEO

05:20 30-07-2020 513

Yorğunluqdan şikayətlənən doqquz yaşlı məktəbli Kimora Linum yuxuda ikən koronavirusdan ölüb.

“The Mirror”un məlumatına görə, hadisə ABŞ-ın Florida ştatında baş verib.

Ailənin sözlərinə görə, uşaq bir neçə gün imiş ki, nasazlıq hiss edirmiş. Onun temperaturu 37,7 dərəcəyə yüksəlib. Lakin həkimlər uşaqda adi soyuqdəymə olduğun deyərək evə yollayıblar.

Simtomlara baxmayaraq, uşağa koronavirus testi edilməyib.

Bir neçə gün sonra özünü yaxşı hiss edən Kimora dostları ilə oynamağa gedib. Qayıtdıqdan sonra  bərk yorulduğunu deyərək, yatıb.

Bir müddətdən sonra isə ana qızının öldüyünü görüb.

Valideynlərinin sözlərinə görə, uşağın səhhətində başqa problemlər olmayıb.