Yüksək patogenli quş qripi yayılıb

07:00 30-07-2020 434

Filippində yüksək patogenli quş qripi xəstəliyi aşkarlanıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə ölkənin Kənd Təsərrüfatı İnkişaf Nazirliyi məlumat yayıb.

Xəstəlik Pampanqa əyalətində toyuq fermasına təsir edib. Buna görə 38,7 mindən çox quş məhv edilib. Nazirlik, fermanın bazarlara verilən ətin heç bir təhlükə yaratmadığını izah edib.

Quş qripi, insanlara ötürülə bilən xəstəlik olmasına baxmayaraq, bişmiş ətdən keçmir.

İnfeksiyanın səbəbi müəyyənləşməyib, lakin şöbə bölgədə köçəri quşların olduğunu bildirilib. Adətən ev quşlarına xəstəlik onlardan keçir.