Əmisi təcavüz etdi, qız etiraf etdikdə isə 11-ci mərtəbədən atıb öldürdü

01:40 31-07-2020 473

İranda 16 yaşlı qız əmisi tərəfindən cinsi istismara məruz qalmasını açıqlamasından sonra binanın 11-ci mərtəbəsindən atılaraq öldürülüb.

Bu barədə “Hürriyet” yazıb.

Hadisə İranın paytaxtı Tehranda baş verib. Müctəba Namdar adlı şəxs qardaşının Fatimə adlı 16 yaşlı qızını cinsi istismara məruz qoyub. Qız bu barədə açıqladıqda isə öldürülüb. Hadisə İran ictimaiyyətində böyük rezonans doğurub.

Məhkəmə qarşısına çıxarılan M.Namdar girov qarşılığında azadlığa buraxılıb.

“Qızımı gözlərimin qarşısında pəncərədən atdı və qızımın bədəni əllərimin arasında idi. Girov müqabilində azadlığa buraxıldı, ancaq indi sərbəst şəkildə gəzir. Bu insanı necə sərbəst buraxdılar?”, - deyə ölən qızın anası Barihə Rəhmani bildirib.

Qadın, həmçinin, M.Namdarın oğlunu da ölümlə hədələdiyini qeyd edib.