Koronavirusun suda neçə saata məhv olduğu müəyyən edildi

02:40 31-07-2020 390

Suda koronavirusun bütün hissəcikləri (90 faizi) 24 saat ərzində ölür.

“RİA Novosti” bu barədə Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinə (“Rospotrebnadzor”) istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, 72 saat ərzində suda koronavirus hissəciklərinin 99,9 faizi ölür. Bu göstəricilər otaq temperaturunda olan su üçün keçərlidir.