Baş məşqçi Mbappenin zədəsindən danışdı: “Kiçik bir möcüzə olacaq”

11:20 31-07-2020 64

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın hücumçusu Kilian Mbappenin Çempionlar Liqası qarşılaşmalarında bərpa olunacağına ümid etdiyini açıqlayıb.

Bu barədə RMC məlumat yayıb.

“Bəli, mən hələ də buna inanıram. Bu, kiçik bir möcüzə olacaq”, - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, Kilian Mbappe Fransa kuboku uğrunda qarşılaşmada zədələnib.

PSJ avqustun 12-də Çempionlar Liqasında “Atalanta” ilə qarşılaşacaq.