Moskvada yoluxma halları bir ayda iki dəfə azaldı

13:00 31-07-2020 375

İyul ayında Moskvada koronavirus infeksiyasına 19761 yoluxma qeydə alınıb.

Bu barədə TASS məlumat yayıb.

Sözügedən göstərici iyun ayında qeydə alınan yoluxma sayından iki dəfə az olub.

Belə ki, iyun ayında 40807 yoluxma müəyyən edilib.

Moskvada yoluxma saylarında azalma 51.6 faiz olub.