Tülkü əvəzinə tüfənglə dayısını vurdu

00:20 01-08-2020 394

Türkiyənin Sakarya bölgəsində Cemal Ünlütürk adlı şəxs evinin yaxınlığında gördüyü tülkünü tüfənglə vurmaq istəyərkən səhvən dayısını vurub.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Cemal Ünlütürk dayısına ilk tibbi yardımı göstərib və təcili yardıma müraciət edib.

Vurulan Hasan Aksoyun həyatını xilas etmək mümkün olmayıb, hadisəni törədən şəxs isə polis tərəfindən həbs edilib.