Britaniya Rusiyanı əhəmiyyətli təhlükə hesab edir

06:20 01-08-2020 337

Rusiya Böyük Britaniya üçün əhəmiyyətli təhlükə təşkil edən ölkədir.

RT-nin məlumatına görə, bu sözləri Birləşmiş Krallığın Müdafiə məsələləri üzrə naziri Annabel Qoldi deyib.

Bu təhlükənin izlənməsi və reaksiya verilməsi Böyük Britaniya Müdafiə Nazirliyinin prioritet tapşırıqlarından biri adlandırılıb.

A.Qoldinin sözlərinə görə, qurum Rusiyada yeni gəmilərin hazırlanmasını diqqətlə izləyir və müvafiq nəticələr çıxarır.

Xatırladaq ki, bir qədər əvvəl Britaniyanın Lordlar Palatasının üzvü Con Anderson hakimiyyətə müraciətlə sual ünvanlayıb və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildə donanmanın tərkibinə 40 yeni gəminin daxil ediləcəyini deməsindən sonra Şimal və Baltik dənizlərinin təhlükəsizliyi vəziyyətinin necə qiymətləndirildiyini soruşub.