Admiral nüvə balansındakı tarixi dəyişiklikləri açıqladı

08:20 01-08-2020 449

Yaxın 10 ildə ABŞ-ın ilk dəfə Rusiya və Çinin timsalında nüvə potensialına sahib birdən-birə iki rəqibi olacaq.

TASS xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri, admiral Çarlz Riçard danışıb.

Ç.Riçardın sözlərinə görə, Çin artıq nüvə triadasını yaradılmasında sona çatıb və onilliyin sonunda ABŞ-ın strateji rəqibi ola bilər.

Beləliklə, ABŞ birdən-birə iki ölkə ilə rəqabət aparmalı olacaq.