Rusiyada beynəlxalq aviareyslər bərpa edildi

09:40 01-08-2020 379

Rusiyada bu gündən başlayaraq, beynəlxalq reyslər bərpa edilir.

Lenta.ru xəbər verir ki, müvafiq bəyanatla ölkənin Baş naziri Mixail Mişustin çıxış edib.

İlk mərhələdə uçuşlar üç şəhərdən - Moskva, Sankt-Peterburq və Rostov-Dondan həyata keçiriləcək.

Uçuşların bərpa ediləcəyi ilk üç ölkə Böyük Britaniya, Türkiyə və Tanzaniyadır. Avqustun əvvəlindən ruslar London, Ankara, İstanbul və Zanzibar adasına, 10 avqustdan Antalya, Bodrum və Dalaman şəhərlərinə uçuş edə biləcəklər.