Rusiyada təyyarə yanacaq daşıyan avtomobillə toqquşdu - FOTO

12:20 01-08-2020 403

Moskvanın “Şeremetyevo” hava limanında yanacaq daşıyan yük maşını “Aeroflot”a məxsus  “Airbus A321” təyyarəsi ilə toqquşub.

“Zvezda” telekanalı xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Toqquşma anında təyyarənin göyərtəsində ekipaj üzvləri və sərnişinlər olmayıb.

İnsident nəticəsində bir nəfər - yanacaq daşıyan yük avtomibilinin sürücüsü xəsarət alıb.