Yanacaqdoldurma məntəqəsinin partlama anı kameraya düşdü - VİDEO

02:00 02-08-2020 458

Rusiyanın Krasnodar bölgəsinin Vasyurinsk stansiyasında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışın görüntüləri yayılıb. 

REN TV xəbər verir ki, hadisəyə səbəb kimi “Qazel” markalı avtomobilin sürücüsünün səhlənkarlığı göstərilib. 

Belə ki, o, benzin “şlanq”ını ayırmadan avtomobili hərəkətə gətirib. Bu zaman güclü yanğın, ardınca partlayış baş verib. 

Hadisə zamanı altı nəfər xəsarət alıb. 

Həmin görüntüləri təqdim edirik: