Dünyada koronavirusa yoluxma sayı 18 milyonu ötdü - STATİSTİKA

09:20 02-08-2020 398

Dünyada koronavirusa yoluxmuş adamların sayı 18 023 357 nəfərə çatıb.

Bu barədə HerGun.Az-ın  qeyd olunur.

Virusdan 688 939 xəstə ölüb, 11 332 014 nəfər sağalıb.

Koronavirusun ən çox yayıldığı üç ölkə ABŞ (4 764 318 nəfər), Braziliya (2 708 876 nəfər) və Hindistandır (1 751 919 nəfər).

Ən çox ölümün müşahidə olunduğu dövlətlər ABŞ (157 898 nəfər), Braziliya (93 616 nəfər) və Meksikadır (47 472 nəfər).

Azərbaycanın sərhəd qonşuları arasında koronavirusa ən çox yoluxma siyahıda dördüncü olan Rusiyada (845 443 nəfər), virusdan ölüm isə 10-cu yerdə qərarlaşan İrandadır (16 982 nəfər).

Azərbaycanda bu vaxta qədər 32 157 nəfərdə koronavirus qeydə alınıb. Virusa yoluxanların 26 474-ü sağalıb, 454-ü isə həyatını itirib.