Hindistanda saxta içki bəlası: Onlarla insan öldü

01:20 03-08-2020 430

Hindistanda 86 nəfər saxta içkidən zəhərlənərək ölüb.

Bununla bağlı “Reuters” agentliyi məlumat yayıb. 

Saxta içkidən ilk ölüm halı iyulun 29-da qeydə alınıb. 

Hüquq mühafizə orqanlarının apardığı axtarışlar zamanı saxta içkinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsində əli olan 20-dən çox insan saxlanılıb.