Selfi etmək istəyərkən canından olacaqdı

02:00 03-08-2020 380

Türkiyədə gənc oğlan möcüzə nəticəsində sağ qalıb. 

“HaberGlobal”ın xəbərinə görə, Tuncelidə yerləşən Munzur gölünün yaxınlığındakı qayalıqdan selfi etmək istəyən gəncin ayağı büdrəyib. 

Bu zaman o, 10 metrlik qayalıqdan yıxılıb. Yaxınlıqdakı insanlar xilasetmə briqadalarını kğməyə çağırıblar. 

Həmin şəxs yaralı halda Tunceli Dövlət Xəstəxanasına aparılıb. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir./