Sahildə üzgəcləri və kürkü olan naməlum heyvanın qalıqları tapıldı - FOTO

09:40 04-08-2020 492

Dəniz sahilində tapılan dörd metrlik naməlum heyvan görüntüsü ilə hər kəsi heyrətə gətirib.

İri əzələli heyvana aid olduğu düşünülən qalıqların fotolarını “Liverpool Echo” yayımlayıb.

Britaniyanın Mersisayd qraflığının Sautport şəhərində çimərlikdə tapılan heyvana xüsusi qəribəlik verən isə onun dörd üzgəcli və kürklü omasıdır.

Sosial şəbəkələrdə heyvanın cinsi ilə bağlı böyük müzakirələr başlayıb. Ancaq yekun bir nəticəyə gəlinməyib.

Bir çoxları isə zarafata bu qalıqların mamonta, Frankenşteynin bədheybətinə və yadplanetliyə aid olduğunu yazıblar.