“Sumqayıt” məşqçisi ilə yollarını ayırdı

12:20 04-08-2020 516

“Sumqayıt” futbol klubunda ayrılıq baş verib.

HerGun.Az klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, 2019-cu ilin iyul ayından “Sumqayıt”ın əsas komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edən Eduardo Karo Balada ilə yollar ayrılıb.

İspan mütəxəssis Türkiyə Super Liqasında çıxış edən Ankaranın “Gənclərbirliyi” klubunda yeni baş məşqçi təyin olunan Mert Nobre ilə çalışacaq.