Qəzalı bınanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

00:00 05-08-2020 352

Çürümüş döşəmələr, uçmaqda olan tavan, çat verən divarlar, nəmişlikdən dolayı otaqlardan gələn pis qoxu və daha nələr-nələr...

Suraxanı rayon 5-ci mədən, Xanlar Ələkbərov küçəsi ev 43 ünvanındakı sakinlər, məhz bu problemlərdən şikayətçidirlər.

Ətrafda olan binaların qəzalı olmasına görə sakinlər köçürülsə də, bu ünvanla bağlı dəyişən heç nə yoxdu.

Problemlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən Baku TV-yə həmin ünvandakı evlərin qəzalı vəziyyətdə olmasından xəbərdar olduqlarını bildirdilər.  

Amma, ərazi üzrə maliyyə vəsaiti ayrılmadığından hələ ki vətəndaşların köçürülməsi mümkünsüzdür:

“Dəfələrlə o binada İcra Hakimiyyətinin başçısı da, aidiyyəti şöbə də məşğul olub. Hələ ki ora barədə heç bir qərar yoxdur. Vəsait ayrılmayıb. Ayrılan kimi sakinlər köçürüləcəklər”, - Suraxanı İH-nin şöbə müdiri Mehman Hüseynov

Şöbə müdiri həmçinin, binanın acınacaqlı olması barədə tərəflərindən rəsmi qurumlara yenidən müraciət ediləcəyini qeyd edib.

Baku TV məsələni diqqətdə saxlayacaq...