İngiltərədə kafe və restoranlarda müştərilərin hesablarının yarısını hökumət ödəyəcək

01:20 05-08-2020 56

İngiltərədə koronavirusla bağlı çətinliklər yaşayan kafe və restoranlara dəstək olmaq məqsədilə hökumət müştərilərin hesablarının yarısını ödəmək qərarına gəlib.

Bu barədə “Haber Global” məlumat yayıb.

İngiltərə hökumətinin başladığı “Eat Out Help Out” layihəsi bir ay ərzində ölkədəki 72 min kafe və restoranda tətbiq ediləcək. Kampaniya sadəcə 3-31 avqust tarixlərində yalnız bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri qüvvədə olacaq.

Ödəniləcək məbləğ bir nəfər üçün 10 funt sterlinqdən artıq olmamalıdır. Vətəndaşlar 24 saat ərzində kampaniyadan istədikləri qədər yararlana bilər, lakin spirtli içkilərdən istifadə bura daxil deyil.