İstanbul nəhəngləri seneqallı futbolçuya görə qarşı-qarşıya gəldi

05:40 05-08-2020 501

Türkiyəni İstanbul şəhərinin iki nəhəng futbol klubu “Beşiktaş” və “Fənərbaxça” seneqallı futbolçu Papiss Sisse üçün qarşı-qarşıya gəlib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Beşiktaş” “Alanyaspor”la müqaviləsi başa çatan senqallıya təklif göndərib. Lakin “Fənərbaxça”nın da futbolçunun xidmətində maraqlı olduğu bildirilib.

Futbolçu özü isə Çempionlar Liqası və müqavilə şərtlərinə görə “Beşiktaş”a daha müsbət yanaşıb.

Belə ki, “Fənərbaxça” futbolçuya “1+1” illik, “Beşiktaş” isə 2 illik müqavilə təklif edib.