Məşhur teleaparıcı dördüncü dəfə boşandı

08:20 05-08-2020 362

Məşhur rusiyalı teleaparıcı və jurnalist Aleksandr Qordon dördüncü dəfə boşanıb.

Starhit.ru bu barədə Moskvanın Presnenski Rayon Məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verib.

A.Qordon özündən 30 yaş kiçik olan Nozanin Abdulvasiyevna ilə 2014-cu ildə ailə qurmuşdu.

Cütlüyün bu nikahdan iki uşağı doğulub.