Təhsil haqları yarıbayarı azaldılsın - TƏKLİF

12:20 05-08-2020 322

“Azərbaycanda təhsil haqları yarıbayarı azaldılmalıdır”. 

HerGun.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin iclasında deputat Erkin Qədirli təklif səsləndirib.

O bildirib ki, 2020-ci ilin dövlət büdcəsində təhsil xərcləri azaldılırsa, vətəndaşların da təhsil xərclərinin azaldılması zəruridir.

2020-ci il dövlət büdcəsində təhsillə bağlı xərclərin həcmində dəyişiklik edilməsi nəzərdə tutulur.
Bununla bağlı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində yazılıb.

Bu ilin dövlət büdcəsində təhsil xərclərinin həcmi isə 3 milyard 155 milyon 797 min 681 manat məbləğində müəyyənləşib.

Dəyişiklik layihəsində bildirilir ki, təhsil xərcləri isə 3 milyard 34 milyon 767 min 819 manat həcmində təsdiqlənsin.

Aqşin Kərimov