Avropa Liqasında 1/8 final mərhələsi başa çatır: “İnter” rəqibini gözləyir, “Roma” “Sevilya”ya qarşı

10:20 06-08-2020 518

Futbol azarkeşlərinin çoxdan gözlədiyi avrokubok qarşılaşmaları ötən gündən etibarən start götürüb.

HerGun.Az xəbər verir ki, ötən gecə UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində dörd qarşılaşma keçirilib.

Bu gün isə daha dörd oyun keçiriləcək və 1/4 finalın bütün cütlükləri bəlli olacaq.

Bərpa olunan mövsümün ilk iki qarşılaşması eyni hesabla başa çatıb – 3:0.

Belə ki, ilk qarşılaşmada doğma meydanda qazanılmış bir topluq üstünlük (1:0) olsa da, hazırkı Türkiyə çempionu “Başakşehir” “Kopenhagen” səddini keçə bilməyib. Evində “Şaxtyor”a ilk matçda 1:2 hesabı ilə uduzan “Volfsburq”da Ukraynada böyük hesablı məğlubiyyətdən yaxa qurtara bilməyib.

Gecənin oyunlarında isə, xəbər verdiyimiz kimi, “İnter” və “Mançester Yunayted” növbəti mərhələyə adlayıblar. “İnter” “Hetafe”dən, “Mançester Yunayted” isə LASK-dan üstün olub.

Avropa Liqasında həyəcan bu gün keçiriləcək dörd matçla davam edəcək:

21:55 “Bayer” (Leverkuzen, Almaniya) - “Reyncers” (Şotlandiya) (ilk oyunun nəticəsi - 3:1)

21:55 “Sevilya” (İspaniya) - “Roma” (İtaliya) (Matç Almaniyanın Duysburq şəhərində keçiriləcək. İlk oyun oynanılmayıb və cütlüyün taleyi bir oyunda həll ediləcək)

00:00 “Bazel” (İsveçrə) - “Ayntraxt” (Almaniya) (ilk oyunun nəticəsi - 3:0)

00:00 “Vulverhempton” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan) (ilk oyunun nəticəsi - 1:1)