Avropa Liqasında gecənin NƏTİCƏLƏRİ

01:40 07-08-2020 466

Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

HerGun.Az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Şotlandiyada “Reyncers”i 3:1 hesabı ilə məğlub etmiş “Bayer” bu üstünlüyü Almaniyadakı oyunda da qoruyub və növbəti mərhələyə yüksəlib – 1:0.

Bu görüşlə eyni saatda start götürən digər matçda İspaniya “Sevilya”sı ilə İtaliya “Roma”sı münasibətlərinə aydınlıq gətirib. Bu klublar arasında ilk oyun pandemiya səbəbindən təxirə salınmışdı. Bu üzdən də tərəflər cütün qalibini neytral meydanda – Almaniyada keçiriləcək tək oyunda müəyyənləşdirib. Daha inamlı İspaniya təmsilçisi 1/4 finala adlayıb – 2:0.

Frankfurtda “Ayntraxt”ın qapısından üç cavabsız top keçirmiş “Bazel” rəqibini İsveçrədə də üstələyib – 1:0.

Gecənin digər oyununda isə İngiltərə “Vulverhempton”u Yunanıstan “Olimpiakos”unu qəbul edib. Minimal hesabla üstün olan Britaniya təmsilçisi mərhələ adlayan tərəf olub.

Avropa Liqası

1/8 finalın cavab oyunları

6 avqust

“Bayer” (Almaniya) – “Reyncers” (Şotlandiya) 1:0

Qol: Dyabi, 51.

İlk oyun – 3:1

“Sevilya” (İspaniya) – “Roma” (İtaliya) 2:0

Qol: Reqilon, 22. En Nesiri, 44.

İlk oyun keçirilməyib

“Bazel” (İsveçrə) – “Ayntraxt” (Almaniya) 1:0

Qol: Frey, 88.

İlk oyun – 3:0

“Vulverhempton” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) 1:0

Qol: R.Ximenes, 9-pen.

İlk oyun – 1:1.