“Səbail” daha bir futbolçu ilə vidalaşdı - FOTO

20:40 07-08-2020 549

Bakının “Səbail” futbol klubunda növbəti ayrılıq baş verib.

HerGun.Az klubun saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Eriko da Silva komandanı tərk edib.

Otuz bir yaşlı futbolçunun başa çatan müqaviləsi uzadılmayıb. Müdafiəçi ötən mövsüm paytaxt klubunda keçirdiyi 12 oyunda bir qol vurub.

Buna qədər klub  Fəhmin Muradbəyli, Şəhriyar Rəhimov, Maykl Essyen, Ruslan Hacıyev və Eltun Yaqublu ilə də vidalaşmışdı.