Fatih Terim maaşının üçdə bir hissəsindən imtina etdi

14:00 08-08-2020 481

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim koronavirus epidemiyası səbəbindən maliyyə böhranı yaşayan kluba öz dəstəyini verib.

“Haber7” məlumat verir ki, illik 18 milyon türk lirəsi qazanan təcrübəli mütəxəssis maaşının 1/3 hissəsindən imtina edib.

F.Terim həmçinin transfer xərclərinin də azaldılmasının tərafdarı olduğunu bildirib.