“Yuventus” Sarrini qovdu

20:00 08-08-2020 502

“Yuventus” baş məşqçisi Maurisio Sarrini istefaya göndərib.

HerGun.Az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

61 yaşlı mütəxəssisə kluba ölkə çempionluğunu qazandırdığı üçün təşəkkür edilib.

Qeyd edək ki, Sarri 2019-cu ilin yayından Turin təmsilçisini çalışdırırdı. Turin klubu A Seriyasının qalibi olsa da, UEFA Çempionlar Liqasının 1/8 finalında Lion “Olimpik”ini keçə bilmədi.

Bu səbəbdən italyan məşqçinin istefasına qərar verilib.