“Qəbələ” albaniyalı futbolçu ilə anlaşdı

21:00 10-08-2020 484

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

HerGun.Az xəbər verir ki, “qırmızı-qaralar” albaniyalı müdafiəçi Yurgen Qoxa ilə müqavilə imzalayıb.

28 yaşlı futbolçu ilə 1+1 illik anlaşma əldə olunub.

Qeyd edək ki, karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçi ötən mövsüm icarə əsasında “Bilis”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub.

Bunadək arxa xətt oyunçusu “İliriya” (2014-2015), “Erzeni” (2015-2016, 2017-2018), “Beseldja” (2016), “Şenkoli” (2017) və “Tirana” (2019-2020) klublarında forma geyinib.