Binədə ağır qəza: İki nəfər xəstəxanalıq oldu

01:20 11-08-2020 464

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Ağayev Anar Asif oğlu və Ataş adlı şəxs xəsarət alıblar.

Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.