Putin peyvəndləmə tədbirləri ilə bağlı göstəriş verdi

05:20 11-08-2020 355

Rusiya prezidenti Vladimir Putin hökumətə ölkənin 60 faizə qədər əhalisini qrip əleyhinə peyvəndlə təmin edilməsi barədə göstəriş verib.

“İzvestiya” agentliyi xəbər verir ki, tapşırıqların siyahısı Kremlin saytında dərc edilib.

Göstərişdə həmçinin qeyd olunur ki, hazırlanan dərmanların qeydiyyatı aparıldıqdan sonra vətəndaşların koronavirus infeksiyası əleyhinə peyvənd edilməsini də təmin etmək lazımdır.