Şahzadə Harri Meqan Markla görə ən yaxın dostundan üz döndərdi

07:20 11-08-2020 371

Britaniya şahzadəsi Harri aktrisa Meqan Markla görə ən yaxın dostundan üz çevirib.

Bu barədə “Marie Claire” nəşri məlumat yayıb.

Şahzadənin dostu Tom “Skippi” İnskip Meqan Markla güvənməyib və Harriyə toyla bağlı tələsməməyi məsləhət görüb.

Şahzadə Harri isə ona yaxın olan bu şəxsin qərarını dəstəkləməməsindən məyus olub.

Bundan sonra şahzadə dostu ilə münasibətə son qoyub və hətta onu toyuna belə dəvət etməyib.