Serbiyadan Azərbaycanın ərazi bütövlüyünə DƏSTƏK - RƏSMİ

12:20 11-08-2020 529

“Azərbaycanla Serbiya hökumətlərinin nümayəndələri arasında keçirilən görüşdə bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı dəstək ifadə olundu”.

HerGun.Az-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Serbiya Respublikasının Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bütün münaqişələrin BMT-nin prinsipləri əsasında sülh yolu həlli vacibdir. 

“Düşünürəm ki, bu, münaqişə ilə üzləşən bütün ölkələr üçün vacibdir”, - deyə N.Stefanoviç əlavə edib.

Aqşin Kərimov