Beyləqanda yaşayış evi yanıb

00:20 13-08-2020 434

Beyləqan rayonunun Şahsevən kəndində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən HerGun.Az-a verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 75 kv/m olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.