Rusiya Baş nazirinin müavini koronavirusa yoluxub

01:00 13-08-2020 53

Rusiya Baş nazirinin müavini - prezidentin Uzaq Şərq Federal Dairəsinin nümayəndəsi Yuri Trutnevin koronavirusdan verdiyi analizlərin cavabı müsbət çıxıb. 

TASS xəbər verir ki, bunu baş nazirin müavinin köməkçisi Timur Çernışev bildirib.

“Yuri Trutnev, Uzaq Şərqə səfərindən əvvəl koronavirus üçün analizlər verdi. Təəssüf ki, cavablar müsbət oldu”, - deyə Çernışev bildirib.