Bakıda biri uşaq olmaqla iki nəfəri avtomobil vurub

03:20 13-08-2020 315

Bakıda iki piyadanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə Binəqədi və Xəzər rayonlarında baş verib.

Sulutəpə qəsəbəsində 2009-cu il təvəllüdlü Qəhrəmanov Allahverdi Zaur oğlunu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə Binə qəsəbəsində baş verib. 2004-cü il təvəllüdlü Əliyev Hüseynəli Namiq oğlu velosipedlə hərəkətdə olarkən minik avtomobilinin zərbəsi ilə üzləşib.

Yaralı ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.