Dünyanın ən yaşlı milyarderlərindən biri 97 yaşında vəfat etdi

06:40 13-08-2020 401

ABŞ-da yaşayan dünyanın ən yaşlı milyarderlərdən biri Samner Redstoun 97 yaşında vəfat edib.

Bu barədə “ViacomCBS” məlumat yayıb.

Məşhur iş adamının ölüm səbəbi açıqlanmır.

S.Redstoun 30 il “Viacom” media şirkətinə rəhbərlik edib.

Milyarderin valideynləri Rusiyadan ABŞ-a köçən miqrantlardır.