Rusiyalı məşhur müğənni koronavirusa yoluxubmuş

08:40 13-08-2020 627

Rusiyalı müğənni Filip Kirkorov koronavirusu simptomsuz keçirdiyini etiraf edib.

Bu barədə “Podyom” “Telegram” kanalı məlumat yayıb.

İştirak etdiyi tədbirdə danışan müğənni bildirib ki, maskasız gəzir və buna səbəb həddən çox anticisimlərinin olmasıdır.

Müğənni qeyd edib ki, iki həftə özünütəcrid rejimində qalıb və xəstəliyi simptomsuz keçirib.

14 gündən sonra isə test nəticələri mənfi çıxıb.