Aysel Şükür: “Mənə təsir edən başqa şeylərdir” - VİDEO

16:20 13-08-2020 653

Bir müddətdir bloqer Aysel Şükür həyat yoldaşı Oqtay Əhmədovdan ayrılıb.

HerGun.Az xəbər verir ki, A.Şükürün paylaşdığı video və fotolarda kefsiz olması izləyicilərinin diqqətini çəkib.

O, “Instagram” səhifəsində videopaylaşım edərək bildirib ki, hər şey əladır: 

“Mənə yazırsınız ki, gözündən görünür, depressiyadasan, halsızsan, kefsizsən. Nə depressiyadayam, nə də başqa bir şey yoxdur. Sadəcə olaraq, əsəblərimə görə müalicə alıram. Dərmanlar məni halsız edir. Bu halı mən brinci dəfə yaşamıram ki, nəsə mənə təsir etsin. Mənə təsir edən başqa şeylərdir”.

Qeyd edək ki, A.Şükür və Oqtay 400 minlik toy xəbəri ilə gündəmə gəlmişdi. Bu, Ayselin ikinci nikahıdır. Onun ilk evlilikdən bir, Oqtayla nikahdan isə əkiz oğulları var.