İngiltərə Premyer Liqasında mövsümün ən gözəl qolu məlum oldu - VİDEO

23:20 13-08-2020 459

İngiltərə Premyer Liqasında 2019/2020-ci il mövsümünün ən gözəl qolu məlum olub.

Premyer Liqanın rəsmi saytının verdiyi məlumata görə, turnirin 16-cı turunda “Tottenhem”in hücumçusu Son Hın Minin vurduğu qol ən gözəl kimi seçilib. 

Cənubi koreyalı hücumçu “Börnli” ilə matçda meydanın komandasına aid hissəsində topu alıb və rəqib komandanın yarısını aldadaraq qola imza atıb.

Həmin qarşılaşma “Tottenhem”in 5:0 hesablı qələbəsi ilə bitmişdi.