“Azneft” dairəsində ağır qəza baş verib, xəsarət alan var

23:40 13-08-2020 371

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə “Azneft” dairəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Quliyev Raul Abbasqulu oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralı əraziyə çağırılan təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.