Çempionlar Liqasında sensasiya: “Atletiko” son dəqiqələrdə məğlub oldu - FOTO

01:20 14-08-2020 510

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi çərçivəsində növbəti oyun baş tutub.

Almaniyanın “Leyptsiq” klubu İspaniyanın “Atletiko”su ilə üz-üzə gəlib. Nəticədə almanlar 2:1 hesablı qələbə ilə yarımfinala adlayıblar.

Hesabı 50-ci dəqiqədə “Leyptsiq”in futbolçusu Dani Olmo açıb. 71-ci dəqiqədə “Atletiko” hesabı bərabərləşdirib. 

Sonuncu dəqiqələrdə Tayler Adams “Leyptsiq”i yenidən önə çıxarıb. 

“Leyptsiq” yarımfinalda Fransa çempionu PSJ ilə qarşılaşacaq.