BƏƏ İsraillə diplomatik əlaqələrini bərpa etdi

01:40 14-08-2020 350

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail diplomatik əlaqələrin qurulması barədə razılıq əldə ediblər.

TASS-ın məlumatına görə, bu tarixi hadisə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş verib.

Razılıq həm də İsrailin Fələstin ərazilərinin ilhaqını dayandırması anlamına gəlir.

BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd deyib ki, diplomatik əlaqələrin qurulması İsrailin Fələstin torpaqlarını ilhaqının qarşısını alacaq. İsrailin Baş Naziri Benyamin Netanyahu ərəb ölkələri ilə münasibətlərin normallaşmasında maraqlı olduğunu bildirib.