Həkim koronavirus xəstəsini qucağında apardı - FOTO

07:00 14-08-2020 374

Türkiyənin Rizə şəhərində 93 yaşlı koronavirus xəstəsini qucağında mənzilinə qaldıran həkim Uğur Hacıahmetoğlu sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, koronavirus testi müsbət çıxan yaşlı qadının xəstəliyi assimptomik keçdiyinə görə, həkimlər onu evə buraxıblar.

Təcili tibbi yardım avtomobili qadını yaşadığı məhəlləyə gətirib. Lakin ətrafdakılar koronavirus xəstəsi olan qadına kömək etməyə ehtiyat ediblər.

Bu zaman təcili tibbİ yardım xidmətində çalışan həkim yaşlı qadını qollarına götürərək mənzilinə qaldırıb.