Tərtərdə arteriyası kəsilən azyaşlı öldü - VİDEO

09:20 14-08-2020 348

Tərtərdə arteriyası kəsilən azyaşlı ölüb.

Baku TV xəbər verir ki, səkkiz yaşlı Tərtər rayon sakini Məmmədov Yusif Ramin oğlu həyətdə oynayarkən yıxılıb.

Azyaşlı yıxılan zaman əlində olan bıçaq qoluna batıb. Yaxınları onu əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstaxanasına aparıb.

Yusif Məmmədovun vəziyyəti ağır olduğundan o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlı həkimlərin səyinə baxmayaraq, ölüb.

Xəstəxanadan verilən məlumata görə, azyaşlının arteriyası kəsildiyi üçün xəstəxanaya çatdırılanda artıq xeyli qan itirib. Bu səbəbdən də onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.