Yol tikintisi zamanı üzə çıxan tarixi abidələrə baxış keçirildi - FOTO

09:40 14-08-2020 356

Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisi zamanı aşkarlanan tarixi abidələrə baxış keçirilib.

HerGun.Az xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər Sulut kəndində XIV-XVIII əsrlərə aid “Qırxotaq” və “Buzxana” tarixi abidələri ilə tanış olublar.

Rayon rəhbərliyi turizm potensialının araşdırılması və inkişaf etdirilməsilə bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini verib.

Xatırladaq ki, daha öncə həmin yolun çəkilişi zamanı Kürdüvan kəndində aşkarlanan tikili qalıqlarının Şirvanşahlar dövrünə aid olduğu ehtimal edilir.

İcra hakimiyyətinin əməkdaşları və yerli nümayəndələr sözügedən ərazidə olublar və tapıntılara baxış keçiriblər.